Tərtərdə dövlətçilik əleyhinə təbliğat: İcra başçısı isə inadla susur…
“Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda dini durum hər an nəzarətdən çıxa bilər. Çünki rayonda radikal islamçıların güclənməsi müşahidə edilir və rayon rəhbərliyinin fəaliyyətsizliyi gözlənilən təhlükəni daha da artırır”. Bu sözlər Savash.org-un elektron ünvanına göndərilmiş müraciətdəndir.
Müraciətdə qeyd olunur ki, Tərtər rayonundan döyüşmək üçün Suriyaya gedənlərin sayı artır, bu isə vəhhabilərin rayonda nə qədər böyük gücə sahib olmasından xəbər verir:
“Radikal dinçilər rayonda heç bir maneə hiss etmədən öz təbliğatlarını qurublar. Rayon əhlinin marağına və təəccübünə səbəb olan isə bütün bunlara qarşı Tərtərin yerli rəhbərliyinin heç bir reaksiya gözsərməməsidir. Əksinə, sanki hansısa “gizli əllər” rayonda onları himayə edir, ticarət və ictimai iaşə obyektlərinə sahiblənmələri üçün əlindən gələni əsirgəmir. Bütün bunlar artıq elə dərəcədə qabarıq görünür ki, baş verənlərə müdaxilıə edilməsə Tərtərdə aranın qarışmayacağına kimsə əmanət verə bilməz . Hazırda Tərtər rayonunda təşkilatlanmış olan bu qruplaşma Azərbaycan dövlətinə qarşı aşkar şəkildə təbliğat aparır. Onlar öz aralarında Azərbaycan dövlətini \”murciə” adlandırırlar ki, bunun da mənası islam olduğunu desə də əslində müsəlman olmayan anlamına gəlir”.
Ən təəccüblü məqam isə rayon rəhbərliyinin, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun baş verənlərə qarşı loyal münasibətidir. Maraqlıdır, bu dövlətçiliyin dayaqlarına təhlükə sayılan bu qüvvələrə qarşı icra başçısının loyallığının əsl səbəbləri nədir? Bununla bağlı redaksiyamıza şok yaradac informasiyalar daxil olsa da biz həmin məlumatların araşdırılmadan dərc edilməsini məqbul saymadıq. Odur ki, bizi izləməkdə davam edin.Tezliklə mövzuya yenidən qayıdacağıq.
Xatırladaq ki, Tərtər RİH başçısı Məmmədov Müstəqim Səyyad oğlu 3 yanvar 1969-cu ildə Yevlax şəhərində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli sərəncamı ilə Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.
SAVASH.ORG