Aktual

Paşinyan Minskdən Bakıya səsləndi: “Danışıqlara hazıram!”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki münaqişəni həll etmək üçün qarşı tərəfi sülh danışıqlarına çağırıb.

Bu haqda məlumatı TASS agentliyi yayıb.

“Münaqişənin güc yolu ilə həlli və bölgəmizin bütün xalqlarının maraqlarına cavab verən dinc danışıqların alternativi yoxdur”, – Paşinyan cümə günü 17 iyulda Minskdə genişləndirilmiş Avrasiya Hökumətlərarası Şurasında çıxışı zamanı bildirib.

O, Şuranın növbəti iclasının oktyabr ayında İrəvanda keçirilməli olduğunu da xatırladıb.

Qeyd edək ki, iyulun 12-də Ermənistan və Azərbaycan sərhədində döyüşlər başlayıb.

Azərbaycan 12 hərbçisini və bir mülki vətəndaşını, Ermənistan isə dörd əsgərini itirdiyini deyib. (konkret.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists