Aktual

İmişlidə şəxsiyyət vəsiqələri niyə yığılır? – Əsabil Qasımov oğlunu deputat seçdirəcək

İmişlidə şəxsiyyət vəsiqələri niyə yığılır? - Əsabil Qasımov oğlunu deputat seçdirəcəkÖtən həftənin diqqət çəkən mühüm hadisələrindən biri də İmişli rayonunda sakinlərin şəxsiyyət vəsiqələrinin yığılması oldu. Yayılmış məlumatda bildirilirdi ki, İmişlidə üç nəfər qapı-qapı gəzərək əsasən yaşlı vətəndaşların şəxsiyyət vəsiqəsinin sürətin toplamaqla məşğuldur. Şəxsiyyət vəsiqələrini yığan şəxslər isə bunun səbəbini belə izah ediblər. \”Bizi seçki dairəsindən göndəriblər, yaşlı adamlara mart ayında yardım edəcəyik, ona görə şəxsiyyət vəsiqələrin sürətini yığırıq\”.

Baş verən bu anlaşılmaz olayla bağlı mətbuata açıqlama verən İmişli Seçki Darəsi üzrə DSK sədri Sabit Yaqubov da məlumatı “xırda düzəlişlə” təsdiqləyib: \”Bəli, biz yaşlı vətəndaşları qeydiyyata alırıq. Ona görə ki, qarşıdan parlament seçkiləri gəlir. Kimlərin həqiqətəndə yaşadığını təsdiq etməliyik. Yardım məsələsi isə yalandır, bizim əməkdaşlar elə bir söz deməz.\”

İmişlidəki bu müəmmalı “şəxsiyyət vəsiqəsi” olayı ilə bağlı Savash.org-a yeni məlumatlar daxil olub. Saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı olan Əsabil Qasımov bu il keçiriləcək parlament seçkilərinə qatılmayacaq. Bunun səbəbi isə onun öz yerinə oğlu Taleh Qasımovu seçdirmək istəməsidir. İmişlidə şəxsiyyət vəsiqələrinin yığılmasının əsl məqsədi də Taleh Qasımovun təbliğatını indidən qurmaq istəyilə bağlıdır:

“Taleh Qasımov İmişlidə tanınan şəxs deyil. Odur ki, Əsabil Qasımov oğlunun piarını qurmaq üçün belə bir metoda əl atıb. Seçicilərlə təmasa girərək mart ayından etibarən onlara maddi yardımlar etməyi düşünən oliqarx-deputat qarşıdakı aylarda oğlunun nüfuzuna işləyəcək başqa addımlar da atacaq”.
Xatırladaq ki, Əsabil Qasımovun sahibi olduğu “Karat Holdinq”in tərkibinə – Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir.

Oğlu Taleh Qasımova gəldikdə isə o, atası deputat seçildikdən sonra “Karat Holdinq”ə rəhbərlik edir və ali təhsilini Avropada alıb.

SAVASH.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button