Aktual

Ermənistanda Qarabağdan qaçaqmal silah axınından narahat oldular

Qarabağ münaqişəsi zonasından Ermənistana qaçaqmal silahın axınına yol vermək olmaz.

Savash.org bildirir ki, bunu Ermənistan parlamentində müdafiə və milli təhlükəsizlik məsələləri üzrə deputat Komissiyasının sədri Andranik Köçəryan deyib.

“Hərbi polis qeyri-leqal silahların Ermənistana keçirilməməsi üzərində işləyir. Qeyri-qanuni silahların atəş açmaması üçün maksimum səy göstərmək lazımdır: onlardan istifadə etmək istəyən çoxlu “komandirlər” tapılacaq”, – deyə o bildirib.

A.Köçəryanın sözlərinə görə, noyabrın 9-dan 10-na keçən gecə hökumət və parlamentin binasına soxulanların əməlləri bu ehtimalın yaranmasına səbəb olur. Belə təəssürat yaranır ki, onların məqsədi dövlətin ilk şəxslərini tapmaq və öldürmək idi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists