Aktual

Ağdərənin 6 kəndindən ermənilərə köçmək əmri verilib

Ağdərənin 6 kəndində yaşayan ermənilər bu gün evakuasiya barədə göstəriş alıblar. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ağdərədəki qondarma erməni “administrasiyasının” rəhbəri Ayk Baxşıyan bu haqda bildirib.

Baxşıyan deyib ki, bu gün ona Qarmiravan, Yuxarı Seysulan, Yuxarı Akacur, Ovtaşen, Maraqan, Ayqestan kəndlərində yaşayan ermənilərin köçürülməsi barədə əmr daxil olub. “Hələlik məlum deyil sərhəd haradan keçəcək: Azərbaycan qoşunları harada yerləşəcək, sülhməramlılar harada dayanacaq. Hələlik ancaq onu deyə bilərəm: evakuasiya barədə sərəncam var. Hələlik bu adamları Mardakertdə (Ağdərə,-red.) yerləşdirəcəyik”,-Baxşıyan deyib.

Onun sözlərinə görə, həmin kəndlərdən ermənilərin köçürülməsi üçün bir gün vaxt verilib, proses noyabrın 19-u saat 23.00-a qədər başa çatmalıdır.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında noyabrın 10-da əldə edilmiş üçtərəfli razılaşmaya əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Kəlbəcər və Laçından erməni işğalçı qüvvələrinin çıxarılması isə noyabrın 25-də və dekabrın 1-də başa çatmalıdır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists