Aktual

PKK-nın qadın dəstələrinin komandiri Layika Gültekin: “Qarabağa qədər gedib erməniləri azad edirik…”

Ermənistanın Qarabağada sentyabrın 27-də başlayan müharibə ərəfəsində İraq və Suriyadan yüzlərlə (bəzi mənbələrə görə minlərlə) PKK/YPG terrorçularını daşıyıb işğal altındakı Azərbaycan ərazilərinə yerləşdirdiyi məlum idi. Bu haqda o cümlədən xarici KİV-lər də yazmışdı.

Savash.org xəbər verir ki, indi PKK terror təşkilatının özü həmin xəbərləri təsdiqləyib. Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, PKK-nın strukturlarından biri,  qadın dəstələrinin  cəmləşdiyi “YJA Star”-ın rəhbərlərindən olan Layika Gültekin bu haqda danışıb. “PKK-nın bitdiyini, tükəndiyini deyirlər. Amma PKK bitmədi. Qarabağa qədər gedib erməniləri azad edirik. Erməni xalqı nə zaman istəsə təbii ki, gedib onların sıralarında yer alacağıq”,-o, PKK-ya bağlı KİV-lərə açıqlamasında bildirib.

Layika Gültekin Türkiyənin ən çox axtardığı PKK terrorçularından biridir və adı “qırmızı siyahı”da yer alır. Başına 10 milyon TL mükafat təyin edilib.

Xatırladaq ki, Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı azad edərkən Ermənistan ordusunun sıralarında döyüşən çoxsaylı PKK terrorçularını da məhv edib. Ermənilərin tərəfində döyüşən PKK-çıların bir çoxlarının adları məlumdur və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən barələrində cinayət işi açmaqla barələrində axtarış elan edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists