Aktual

“Qarabağ döyüşlərində dronların uğuru” – İspaniya qəzeti yazır

İspaniyanın nüfuzlu “El Pais” qəzeti Qarabağ döyüşlərində dronların uğuru barədə məqalə dərc edib.

Savash.org xəbər verir ki, “Türk PUA-ları səmanın yeni sahibləridir” ifadələrinə yer verildiyi yazıda erməni qüvvələrinin pilotsuz uçuş aparatları ilə məhv edildiyi bildirilib.

Nəşr PUA-ların maddi və təsir baxımından daha yaxşı olduğunu qeyd edərək bu fikirlərə də yer verib:

“Hədəfləri yox edir və güclü silah növüdür. Düşmənin kefini pozur. Döyüş meydanında üstünlüyü təmin etməklə yanaşı zərərsizləşdirdiyi hədəfləri lentə alır.

Ermənilər dəfələrlə qarşı tərəfə zərbə vurduqlarını iddia etsələr də, görüntü yaymırdılar. Lakin Azərbaycan Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarının gücünü göstərən videolar yaydı”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button