Aktual

Azərbaycan hərbçiləri Sotk qızıl mədənində?

Bir neçə saat bundan əvvəl bütün erməni KİV-ləri 250 Azərbaycan hərbçisinin, o cümlədən yüksək rütbəli zabitlərin Sotk qızıl mədəninin ərazisində peyda olduqlarını bildiriblər.

Savash.org Erməni KİV-in yaydığı məlumata istinadən bildirir ki, guya Azərbaycan əsgərləri erməni hərbçilərindən mədənin ərazisini tərk etməyi tələb ediblər.

Ermənistan hakimiyyətinin məlumatına görə isə, Ermənistan KİV-i yenidən saxta məlumatlar yayıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Ermənistanın Geqarkunik vilayətindəki Sotk  qızıl yatağı ərazisinə daxil olması barədə KİV-in yaydığı məlumatları təkzib edib.

“Erməni KİV – in Azərbaycan hərbçilərinin Sotk qızıl mədəninin ərazisinə soxulması və əməkdaşlardan ərazini tərk etməyi tələb etməsi barədə xəbər həqiqətəuyğun deyil”, – deyə nazirliyin məlumatında bildirilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button