Aktual

Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verə bilərmi? – “Hakimiyyət dəyişsə…“

44 günlük müharibə 10 noyabrda imzalanan üçtərəfli sazişlə başa çatsa da, onun fəsadları hələ də davam edir. Hazırda ən çox narahatlıq doğuran hərbçilərin və ərazidə xidmət göstərən mülki şəxslərin minaya düşmə ehtimalıdır.

Maraqlıdır, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim edə bilər?

Məsələni Yenisabah.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edib ki, beynəlxalq hüquq normalarına əsasən, ərazini minalayan dövlət və ya şirkət onun sənədləşməsini aparmalıdır:

“Əgər sözügedən ərazidə bir müddət sonra başqa bir dövlət tərəfindən təmizləmə əməliyyatı aparılarsa, həmin sənədlər təqdim olunmalıdır. Bu praktika dünyada var. Ancaq biraz da reallığı görmək lazımdır. Ermənistan indiyədək hansı hüquq normalarını yerinə yetirib ki, bunu da etsin?! Erməni tərəfi qanunda nəzərdə tutulan neçə bənd varsa, demək olar ki, hamısını pozub. Ona görə də düşünmürəm ki, Ermənistan minalı ərazilərinin xəritəsini bizə təqdim etsin. Lakin Rusiya sülməramlı qüvvələrinin müraciətindən sonra onların müəyyən sənədləri verə biləcəyini də istisna etmirəm. Bu xəritə isə daha çox sülhməramlı qüvvələrin cavabdeh olduğu ərazilərlə bağlı olar”.

Polkovnik Ermənistanda hökm sürən gərginlik səbəbilə gələcəkdə vəziyyətin dəyişə biləcəyini də diqqətə çatdırıb:

“Məlumdur ki, hazırda Ermənistanda müəyyən aksiyalar keçirilir, vəziyyət qarışır. Biz onların baş nazirinin Azərbaycanla bağlı məsələlərə verdiyi reaksiyaları görürük. Düşünürəm ki, bir müddət sonra Ermənistanda hakimiyyət dəyişikliyi olsa və yaxud ölkənin hadisələrə yanaşma tərzi dəyişsə, minalanmış ərazilərin xəritəsini əldə etmək mümkün olar. Əlbəttə, hazırda bu məsələ geniş müzakirə olunur, aidiyyəti qurumlara müraciətlər edilir, lazım olan hüquqi baza yaradılır. Nəticənin necə və nə vaxt olacağını isə bir müddət sonra biləcəyik”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button