Aktual
Türk hərbçilər Dağlıq Qarabağa girməyəcək – Mərkəz Ağdamda olacaq…

Hazırda Rusiya və Türkiyə arasında monitorinq mərkəzinin təşkili məsələləri üzrə danışıqlar prosesi başa çatır. Azərbaycanla razılıq əsasında mərkəzin olacağı yer müəyyən edilib – mərkəz Ağdamda yerləşəcək.
Sfera.azxəbər verir ki, “Vestnik Kavkaza” nəşrinin məlumatına görə, Ağdamdan Türkiyə hərbçiləri müqavilənin yerinə yetirilməsinə dronlar vasitəsilə nəzarət edəcəklər. Müşahidə əsasən erməni əhalinin yaşadığı ərazilərdə aparacaq.