Aktual

Kəmaləddin Heydərov 438 minlik müqavilə bağladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki –Təchizat İdarəsi “CBS-PP” MMC ilə müqavilə bağlayıb. 

Savash.org xəbər verir ki, maliyyə dəyəri 438 769.43 AZN olan müqaviləyə əsasən şirkət qurumu mətbəə məhsulları ilə təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “CBS-PP” MMC 02 sentyabr 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 338 579 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, ev 12, mənzil 34-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə İsmayılov Hikmət Əbuzər oğludur.

“CBS-PP” MMC ötən il FHN-nin aparatının və strukturuna daxil olan qurumların ehtiyaclarını təmin etmək üçün poliqrafiya məhsullarının satın alınması üzrə 459 379.19 manatlıq tenderin qalibi olub. Mediada gedən məlumatlara görə, ümumiyyətlə, şirkət 2010-cu ildən bu yana əksəriyyəti FHN, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyindən olmaqla ümumi həcmi 2 milyon manat civarında, 30-dan artıq dövlət satınalması üzrə qalib elan olunub.

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, Hikmət İsmayılov həm də “AFB Bank”ın səhmdarıdır. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən “Gilan” şikrəti bankın səhmlərini ona satıb. Səhimlərin satış məbləği açıqlanmasa da bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir. Hikmət İsmayılov hazırda “AFB Bank”ın səhmlərinin 99 faizinin sahibidir.

Səhmlərin məhz ona satılması təsadüfi deyil. Bəzi iddialara görə, Hikmət İsmayılov Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olan şəxsdir. Bəzi məlumatlarda isə onun nazirlə bacanaq olduğu bildirilir.

“CBS-PP” MMC-nin də əslində Kəmaləddin Heydərova məxsus olduğu deyilir.

“AFB Bank”la Kəmaləddin Heydərovun müavini, general-leytenant Faiq Tağı-zadə arasında məhkəmə çəkişməsi də olub. Bu il sentyabrın 25-də Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə iş üzrə hazırlıq iclası keçirilib. Oktyabrn 21-də isə baxış iclası baş tutub. Lakin bundan sonra işin icraatı dayandırılıb.

“AFB Bank” ASC-nin iddiaçı olduğu prosesdə cavabdeh kimi Faiq Tağı-zadə ilə bərabər Dilarə Tağı-zadə və “DG Group” MMC də yer alıb.

Məhkəmə mübahisəsinin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsindən irəli gəldiyi qeyd olunur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button