Aktual

Müdafiə Nazirliyindən işğaldan azad edilmiş ərazilərimizdəki işlərlə bağlı VACİB AÇIQLAMA – VİDEO

Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Mühəndis Qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kolonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir.

Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda, əkin sahələri də minalardan təmizlənərək orada ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə, partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button