Aktual

Ermənistanda Rusiya ilə ittifaq dövləti qurmaq təklif olunur

İrəvanda Rusiya ilə ittifaq dövləti qurmağı təklif edirlər.

Savash.org xəbər verir ki, bu təklifi Ermənistanın İttifaq Partiyasının lideri Tiqran Urixanyan edib.

Onun fikrincə, Ermənistan belə ittifaqa qoşularkən müstəqilliyini itirməyəcək, əksinə, bundan yalnız qazanacaq.

“Bir çox insan bunun Ermənistanın Rusiyanın tərkibinə keçməsini nəzərdə tutub-tutmadığını soruşur. Xeyr! Bu, hadisələrin məntiqinə əsaslanaraq dövlətlərarası ittifaq yaratmaq deməkdir. Bu vəziyyətdə Ermənistan BMT üzvü, ordusunu gücləndirən və xarici siyasət yürüdən suveren və müstəqil ölkə olaraq qalır. Qalan söhbətlər gündəlik savadsızlıq səviyyəsindədir”, – “Sputnik Ermənistan” Urixanyandan sitat gətirib.

O, növbəti məntiqi addımın birgə hərbi birləşmələrin, o cümlədən sərhəd qüvvələri şəklində birləşmələrin yaradılmasının olduğunu vurğulayıb. (Report)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button