Aktual

İşdən “qovulan” direktora görün hansı yüksək vəzifə verildi: Bəs cəzanı kimə verdilər?.

Bir neçə gün öncə sosial şəbəkələrdə özünə təmtəraqlı toy etməsi, jurnalistə zor tətbiq etməsi və daha sonra başına hörmətsiz formada keçirdiyi dövlət bayrağı ilə ət doğrayaraq gündəmə gələn 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın öz ərizəsi ilə işdən azad edilməsi barədə xəbər vermişdik.
Azerforum.com Bizimyol.info-nun məlumatına görə bildirir ki, Nailə Məmmədova yenidən vəzifəyə təyin edilib. O, İctimai Nəzarət Koalisiyasının təhsil departamentinin sədri təyin edilib. Xatırladaq ki, İctimai Nəzarət Koalisiyasına məktəb direktorunun qardaşı rəhbərlik edir. O bildirib ki, bacısı əməlindən peşman olub və indi işinin başındadır.

187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova Nailə Məmmədova
Əslində öz ərizsi ilə işdən azad edilib deyəndə direktorun nə zamansa yenidən kreslo sahibi olacağını proqnozlaşdırmaq çətin olmamışdı. Bu halda öz əməliylə hamını təhsilin keyfiyyətindən narazı salan bu xanımmı cəzalandırıldı, onun cəzalandırılmasını istəyənlərmi?..

Bu ilk deyil. Ölkədə arxa–dayaqlı hansısa bir məmur (arxa-dayaqsız olanlar isə barmaqla sayılacaq qədərdir) ictimai qınağa tuş gəlib, əməliylə gündəmə bomba kimi düşürsə, əvvəlcə yüngül bir töhmət alır, sonra isə iş yerini dəyişməklə yeni vəzifə alır və məsələ bitir. Cəzanı ictimaiyyətəmi, yoxsa yararsız kadramı verirlər – anlaşılmır.


Kadr islahatları aparılır deyərkən ilk növbədə təhsildən başlamaq lazım gələcək. Həm də Əlinin papağını Vəlinin başına qoymaqla yox. Köklü və keyfiyyətli.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button