Aktual

Bu proses müvəqqəti olaraq dayandırılacaq – Təhsil Nazirliyi

Yanvarın 8-i saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 2021-ci il yanvarın 13-ü saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button