Aktual

Rusiya Azərbaycan ordusunun təcrübəsindən belə yararlandı – “Qərb-2021” təlimləri

Rusiyanın bu il Belarusla birlikdə keçirəcəyi “Qərb-2021” irimiqyaslı hərbi təlimlərinin ssenarisini əsasən Qarabağdakı 44 günlük müharibənin təcrübəsi üzərində quracaq.

“Qərb-2021” təlimləri barədə müdafiə naziri Sergey Şoyqu ordu komandanları ilə keçirdiyi selektor müşavirəsində elan edib. “Qərb” təlimləri ənənəvi olaraq Rusiya ordusunun il ərzində keçirdiyi ən irimiqyaslı hərbi manevrlər hesab olunur. “Qərb-2021” təlimlərinin sentyabrda keçirilməsi nəzərdə tutulur.

Rusiya Müdafiə Nazirliyinin telekanalı isə nazirlikdəki mənbələrə istinadən qeyd edir ki, Qarabağda bu yaxınlarda başa çatan hərbi münaqişə pilotsuz uçan aparatlara qarşı mübarizə üsullarının işlənib hazırlanmasını zəruri edir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Qarabağ müharibəsinin təcrübəsini nəzərə alaraq döyüş pilotsuz aparatlarının işlənib hazırlanmasını sürətləndirməyi qərara almışdı. Habelə bu günlərdə Rusiya ordusu “Orion” zərbə pilotsuz aparatından ilk dəfə real döyüş şəraitində, Suriyada hədəfə raket və bomba zərbəsi endirib.

Məlumata görə “Qərb-2021” təlimlərində habelə əlahiddə bölmələrin əsas qüvvələrdən ayrılaraq şərti düşmənin nəzarətində olan ərazilərin dərinliklərində reydlər keçirməsi də məşq ediləcək. Bunu da Qarabağ müharibəsində Azərbaycan ordusunun taktikasının öyrənilməsi kimi qəbul etmək mümkündür. Çünki Azərbaycan xüsusi təyinatlı qüvvələri ordunun əsas qüvvələrindən onlarla kilometr aralanaraq düşmən nəzarətində olan ərazilərin dərinliklərinə sızırdı, məsələn, həmin qüvvələr Hadrut istiqamətindən dağ, meşə cığırları ilə onlarla kilometr irəliləyərək Şuşanın bir neçə kilometrliyinə çatmışdı. Və bu, düşmən üçün tamamilə gözlənilməz olmuşdu. Xüsusi təyinatlılar Şuşa ətrafında möhkəmlənərək əsas qüvvələrin, o cümlədən artilleriyanın irəli çəkilməsinə şərait yaratdı. Daha sonra Şuşaya həlledici hücuma keçdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button