Aktual

`Minalanmış ərazilərin təmizlənməsi 10-15 il çəkəcək? – AÇIQLAMA

“Ermənistan mina sahələrinin xəritələrini Azərbaycana verməlidir. Mina sahələri döşəyən Ermənistan silahlı qüvvələridir. Onların özləri üçün də bu vacib addım ola bilər. Çünki minalar qaldıqca, infrastruktur layihələrinin həyata keçirilməsi də ləngiyir. Ermənistan mina sahələrinin xəritəsini təqdim etməklə prosesi sürətləndirə bilərlər. Əgər erməni tərəf mina xəritələrini versə, o əraziləri qısa müddətdə təmizləyə bilərik. Rusiya tərəfi vasitəsilə Ermənistandan mina sahələrinin xəritələri əldə edilsə, Azərbaycanın işğaldan azad edilən əraziləri tez bir zamanda minalardan təmizlənə bilər”.

Savash.org xəbər verir ki, bu ssözləri hərbi ekspert Şair Ramaldanov “Yeni Müsavat”a açıqlamasında deyib. Ramaldanov xatırladıb ki, ANAMA rəhbərliyi indiki işçi sayına görə mina sahələrinin təmizlənməsini nəzərdə tutaraq açıqlama verib ki, 10-15 il zaman lazımdır. Hərbi ekspert hesab edir ki, ANAMA-nın ştat sayını artıraraq, yeni texniki vasitələr alınmaqla da prosesin tezləşdirilməsi mümkündür: “Bu gün Azərbaycan torpaqlarını işğaldan azad edib. Ona görə də əlavə işçilərə və texnikaya ehtiyac var”.

Ramaldanov maraqlı təkliflə çıxış edib. Deyib ki, Ermənistan tərəfi Azərbaycan torpaqlarında dəhşətli vandalizm hərəkətləri həyata keçirib, yaşayış məskənləri, tarixi abidələri, şəhərləri dağıdıb: “Heç şübhəsiz ki, buna görə Ermənistan tərəfi çoxmilyardlıq təzminat ödəməli olacaq. Həmin vəsaitlərdən güzəştə getməklə qarşı tərəfdən mina sahələrinin xəritələrini almaq olar”.

Hərbi ekspert əsir düşən hərbçilərlə mina xəritələrinin dəyişdirilməsinin də mümkün variantlardan biri kimi nəzərdən keçirilə biləcəyini də vurğulayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button