Aktual

Ağdamda 35 türk zabiti, 1-i general olmaqla… – TÜRK MEDİASI AÇIQLADI

Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinə uyğun olaraq Ağdamda qurulan ortaq türk-rus monitorinq mərkəzinin inşası tamamlanmaq üzrədir.

Savash.org xəbər verir ki, bu haqda “Habertürk” bildirir.

Məlumata əsasən mərkəzinin tamamən hazır hala gətirilməsi durumunda yanvar ayı ərzində açılacağı gözlənilir. Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq mərkəzində 1-i general olmaqla 35 türk zabiti xidmət edəcək. Mərkəzdə eyni sayda Rusiya hərbçiləri də olacaq. Atəşkəsin qorunmasına daha çox hava vasitələri ilə nəzarət olunacaq. Mümkün atəşkəs pozulmaları qeydə alınarsa bu haqda Ankara və Moskva dərhal məlumatlandırılacaq.

Xatırladaq ki, mərkəzin fəaliyyətində iştirak edəcək Türkiyə hərbçiləri bir neçə həftə əvvəldən Azərbaycana göndərilib. O cümlədən Türkiyənin hərbi-nəqliyyat təyyarələri zəruri texniki vasitələri və hərbçilərin yaşaması üçün nəzərdə tutulan konteynerləri daşıyıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button