Aktual

QARABAĞDA TUTULAN RUSİYA VƏTƏNDAŞI HƏBS OLUNDU – Ermənilər tərəfdən döyüşürdü

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş daha bir şəxs barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Səbail rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə E. Dubakov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat baxılıb.

Məhkəmə istintaq orqanın təqdimatını təmin edərək, E. Dubakov barəsində həbs qətimkan tədbiri seçib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button