Aktual

Siyavuş Novruzovdan onu lağa qoyanlara cavab – “HƏR İL 10 TƏLƏBƏNİ…”

Millət vəkili Siyavuş Novruzovun, “tələbə təhsil haqqını ödəyə bilmirsə, dərsdən sonra işləsin” fikirləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Siyavuş Novruzov bütün ölkələrdə tələbələrin dərsdən sonra işlədiyini bildirib:

“Tələbələrin dərsdən sonra işləməsi indi yox, bizim vaxtımızdan var. Biz də o vaxtı həm oxuyub, həm də işləyirdik. Burda pis nə var ki?! İşləyib, müəyyən xərclərimizi ödəyib, ailəmizə bu yolla kömək edirdik. Ümumiyyətlə, dünyanın hər yerində belədir. Bir çox tələbələr var ki, hətta işləyib təhsil haqqlarını da özləri ödəyirlər. Yəni tələbə öz ixtisasına uyğun çalışa bilər. Yenə deyirəm, burada pis heç nə yoxdur. Amma təhsil haqqını ödəməyə imkanı olmayanlar, vaxtında çox oxuyur, pulsuz təhsil almaq üçün çalışırdırlar. Dövlət bu imkanı da yaradır”.

Millət vəkili bəzi imkansız tələbələrin təhsil haqqını ödədiyini deyib:

“Şəxsən mən hər il 10-dan çox tələbənin təhsil haqqını ödəyirəm. Onlara imkanım daxilində müəyyən köməklik edirəm. Amma biz hər kəsə kömək edə bilmirik. Buna görə də tələbə özü də çalışmalıdır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button