Aktual

Prezidentin təltif etdiyi hərbçiləri həbsə kim göndərir? – ŞOK DETALLAR

44 günlük Vətən Müharibəsi Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərdi. Ordumuzun peşəkar zabitləri Vətən müharibəsində şücaət göstərərək qələbəni təmin etsələr də, onların bəzilərinə qarşı aqressiv, qanunsuz münasibət sərgilənir.

Savash.org-un unikal.org-a istinadən məlumatına görə, Hərbi Prokurorluq tərəfindən Vətən Müharibəsində xüsusi fərqlənən, düşmənə qarşı mübarizədə şücayət göstərən zabitlərlə bağlı hər hansı əsas olmadan cinayət işi açılıb.

Təbii ki, bu prosesə hərbi prokuror Xanlar Vəliyevin birbaşa nəzarət etdiyi bildirilir. Maraqlısı odur ki, hazırda saxta ittihamlarla istintaqa cəlb olunan zabitlərin əksəriyyəti vətənpərvər hərbiçilərdir. Amma Xanlar Vəliyev onlara qarşı qərəzli münasibət sərgiləyir və saxta ittihamlara qanunilik donu geyindirmək üçün istintaq müddətini əsası olmadan uzadır. 

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button