Aktual

Ermənilərdən Şuşa ilə bağlı NÖVBƏTİ HƏYASIZLIQ – Bu gün yenidən…

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın tərəfdarları onun məhkəməsi keçirilən binanın qarşısında etiraz aksiyası keçirib.

Savash.org xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, aksiyaçılar əllərində “Şuşanı təslim edən hakimiyyət Şuşanı azad edən qəhrəmanlara qarşıdır”, “1 mart işi kimin sifarişi ilə yerinə yetirilib?” və bu kimi digər təxribatçı şüarlar yazılmış plakatlar tutublar.

Xatırladaq ki, məhkəmənin son iclası 22 sentyabrda baş tutub. II Qarabağ müharibəsi səbəbindən yarımçıq dayandırılan proses bu gün yenidən başladılıb.

Qeyd edək ki, erməni həyasızlığının bir başqa nümunəsi işğal etdikləri tarixi Azərbaycan torpaqlarını “azad edilmiş” kimi təqdim etmək idi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button