Aktual
“Heyvanlar Azərbaycan tərəfə keçir, qaytarmırlar” – Erməni ombudsman

Ermənistanın sərhəd kəndlərinin sakinləri artıq əhəmiyyətli otlaq sahələrindən və su ehtiyatlarından istifadənin onlar üçün qeyri-mümkün hala gəlməsindən narahat olduqlarını bildiriblər.
Bu barədə Ermənistan Respublikasının Ombudsmanı Arman Tatoyan öz “Facebook” hesabında məlumat verib.
“Kəndlilərin dediklərinə görə, çətinliklər xüsusilə yaz aylarından başlayacaq. Təhlükə ondan ibarətdir ki, mal-qaranın Azərbaycanın nəzarəti altında olan tərəfə keçməsi və geri qayıda bilməməsi ehtimalı yüksəkdir. Kəndlilər məlumat verdilər ki, artıq 34 atın Azərbaycan tərəfinə keçməsi və heyvanların ermənilərə qaytarılmaması faktı qeydə alınıb”, – Tatoyan bildirib.