Aktual
Nazir yeni yaradılacaq qurumun anonsunu verdi

Azərbaycan Respublikasının Kino Agentliyi yaradılacaq.
Savash.org xəbər verir ki, bunu REAL-a eksklüziv açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.
Nazir açıqlamasında qeyd edib ki, Kino Agentliyinin yaradılmasında əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, bu sahəyə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır