Aktual

Qarabağ ermənilərinin sayı 2 dəfə şişirdilib – Yerevanın yalanı ifşa olundu

Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan özü də bilmədən rəsmi Yerevanın növbəti yalanını üzə çıxarıb.

Savash.org xəbər verir ki, ötən gün parlamentdə deputatlara hesabat verən nazir hazırda Ermənistan ərazisində Qarabağdan gələn 20 mindən çox sakinin olduğunu etiraf edib. Nazir onların hamısının müvəqqəti yaşayış yerləri ilə təmin edildiyini də söyləyib.

“Ermənistanda müvəqqəti yaşayan Qarabağ sakinləri üçün yaşayış sahələrinin inşa olunması müzakirə edilir. Bundan başqa, onların kirayə xərcləri də nazirlik tərəfindən kompensasiya olunacaq”.

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bu gün verdiyi açıqlamada noyabrın 10-dan bu günə kimi Ermənistandan bölgəyə 52058 şəxsin qayıtdığı elan edilib.

Ümumilikdə, Qarabağa qayıdan və Ermənistan ərazisində yaşayan ermənilərin toplam sayı 72 mindən çox deyil.

Halbuki, Ermənistan rəsmiləri Dağlıq Qarabağın daimi erməni əhalisinin sayının 150 mindən çox olduğunu iddia edirdi.

Modern.az yazır ki, bununla da əmək və sosial məsələlər naziri Mesrop Arakelyan rəsmi Yerevanın 30 il davam edən yalanını ifşa etdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button