Aktual

Rusiya XİN azərbaycanlı məcburi köçkünlərin azad olunan ərazilərə qayıtması prosesini şərh etdi

Rusiya Xarici işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlı məcburi köçkünlərin işğaldan azad olunan Dağlıq Qarabağ və ətraf rayonlara qayıtması prosesini şərh edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, M. Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, hazırda ötən ilin payızında baş verən məlum hadisələrə səbəbindən yaşayış yerlərini tərk edən ermənilərin Dağlıq Qarabağa qayıtması prosesi intensiv gedir.

“Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr üçtərəfli bəyanatının 7-ci bəndi öz əvvəlki yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan hər kəsə şamil olunur”, – deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button