Aktual

Sadiq Gözəlovun işdən çıxarılma səbəbi məlum oldu+FOTO

Polis polkovniki Sadiq Gözəlov çalışmanın yaş həddinə çatdığına görə tutduğu vəzifəsindən azad edilib. 

Savash.org-un məlumatına görə, 65 yaşlı polis polkovniki Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq (çalışmanın yaş həddinə çatdığına görə) Fondun icraçı direktoru (mülki) vəzifəsindən azad edilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovniki Sadiq Gözəlovu qəbul edib. Daxili işlər orqanlarında qüsursuz xidmətlərinə, uzun müddət rəhbərlik etdiyi DİN mətbuat orqanında vəzifələrini layiqincə yerinə yetirdiyinə, habelə anadan olmasının 65 illik yubileyi və təqaüdə çıxması münasibətilə S.Gözəlov fəxri fərmanla təltif olunub.

Məlumatı DİN-nin Mətbuat xidməti təsdiq edib.

Könül Cəfərli

09:46

Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fondun direktoru, polis polkovniki Sadiq Gözəlov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button