Aktual

Rusiyada fabrik işçilərinin ölümü ilə bağlı iş üzrə bir neçə nəfər saxlanıldı

Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərindəki dağ-mədən emalı fabrikinin və podratçı təşkilatın rəhbərliyindəki dörd əməkdaş üç işçinin həlak olması haqqında işin araşdırılması çərçivəsində saxlanılıb.

Savash.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə İstintaq İdarəsində bildiriblər.

İdarənin saytındakı xəbərdə qeyd edilir ki, iş üzrə texniki nəzarət üzrə şöbəsinin 43 yaşlı rəisinin, 37 yaşlı baş mühəndisin və “Medvejiy ruçey” MMC-nin Norilsk fabrikinin sexinin 46 yaşlı müdirinin, həmçinin “Norilsknikelremont” təmir-tikinti trestinin 43 yaşlı əməkdaşının adları keçir.

İstintaqın məlumatına görə, 2018-ci ilin iyulunda Norilsk fabrikinin filiz anbarının binasının yoxlanılması zamanı dağıntılara gətirib çxara bilən qüsurlar aşkarlanıb. Buna görə də təmir işlərinin aparılması haqqında qərar qəbul edilib. Ancaq şübhəlilərin hərəkətsizliyi səbəbindən işə vaxtında başlanılmayıb.

Norilsk şəhərindəki dağ-mədən emalı fabrikinin sexlərindən birinin ərazisində uçqun dünən olub. Hadisə zamanı 3 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button