Aktual

HDP-li deputata qarşı istintaq başladılıb – Terror təşkilatına üzv olduğu üçün

Ankara Baş Prokurorluğu tərəfindən Xalqların Demokratik Partiyasının (HDP) üzvü, millət vəkili Dirayet Dilan Taşdemirə qarşı silahlı terror təşkilatına üzv olmaq iddiası ilə istintaq başladılıb.

Azvision.az -ın məlumatına görə, fevralın 20-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu Taşdemirin PKK terror təşkilatı üzvlərinin olduğu və Türkiyə Silahlı Qüvvələrinin əməliyyat keçirdiyi Qara bölgəsinə getməsi ilə bağlı açıqlama verib.

Bildirilib ki, bununla bağlı deputata qarşı “Silahlı terror təşkilatına üzv olma” iddiası ilə istintaq başladılıb. Hazırda faktla əlaqədar araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button