Aktual

Əmioğlu tandemi: Deputat və icra başçısının işbirliyi

Əmioğlu tandemi: Deputat və icra başçısının işbirliyi\”Hərbi xidmətə yararsız” icra başçısı və biznesmen deputatın yüksəlişindəki sirli məmur

Bu günlərdə deputat Mahir Aslanovun biznes dünyası haqda məlumat vermişdik. \”Deputatın otel və mebel biznesinin gizlinləri” başlıqlı yazıda 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən mandat almış deputatın otel və mebel biznesi haqda həmin yazımızda M.Aslanovun əmisioğlu, Naftalanın icra başçısı Natiq Aslanovun da bu şəbəkədə yer aldığını bildirmişdik. Məsələ ilə bağlı daxil olan məlumatlarda ilginc faktlar yer alıb. \”ən gənc icra başçılarından biri” kimi çəkilən və Qərb bölgəsində ən gəlirli rayonlardan biri olaraq göstərilən Naftalanın icra başçısı Natiq Aslanovu yaxından tanıyan şəxsin bildikləri diqqətimizi çəkir: \”… Aslanov Natiq Musa oğlu 22 avqust 1976-cı ildə Naftalan şəhərində doğulsa da, əslən Goranboyun Qaşaltı kəndindəndir və indi də orada yaşayır. Orta məktəbi hədsiz dərəcədə zəif oxuyub və onun Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına necə daxil olduğu ciddi araşdırılmalıdır. Çünki rəsmi sənədlərdə onun bu ali məktəbə haçan daxil olduğu göstərilməyib və 1993-1994-cü illərin qəbul sənədlərində də adına rast gəlinmir. Yalnız 1998-ci ildə ali məktəbi bitirdiyi qeyd olunub. Onun hərbi xidmətdən də boyun qaçırdığı haqda təkzibedilməz məlumatlar var. Belə ki, vaxtilə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasınının hərbi kafedrası olsa da, Natiq Aslanovun həmin hərbi kafedranı bitirib-bitirmədiyi haqda hər hansı məlumat verilmir. Əksinə, əhali arasında onun \”hərbi xidmətə yararsız”lığı barədə o vaxtkı hərbi komissar Asif İmanovun imzası ilə sənəd aldığı haqda fikirlər var. Bu hal da ciddi araşdırılmalıdır. Çünki hərbi xidmətə yararsız sayılan şəxsin İcra Başçısı postunu tutması qanunla yasaqdır”.

Qeyd edək ki, Natiq Aslanov haqdakı məlumatlarda onun tərcümeyi-halında əmək fəaliyyəti ilə bağlı da qeyri-dəqiq informasiyaların yer aldığı və biznes imkanları, ARDNŞ rəhbərliyinin adından necə istifadə etdiyi göstərilir. Rəsmi məlumatlarda Natiq Aslanovun 1998-ci ildə ali məktəbi bitirdiyi, 2000-2004-cü illərdə \”Kəpəz” firmasında alqı-satqı üzrə menecer işlədiyi qeyd olunsa da, yerli şahidlər onun uzun müddət qohumunun mebel sexində dülgər işlədiyini bildirirlər. \”Kəpəz” firması isə onun əmisi oğlu, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mahir Aslanova məxsusdur. Qanun deputata biznes fəaliyyəti ilə məşğul olmağı qadağan etsə də, Mahir Aslanovun bu holdinqinə geniş hotel və mebel satışı mərkəzləri şəbəkəsi daxildir. Paytaxt Bakıda da bu holdinqə məxsus firma və şirkətlər geniş fəaliyyət göstərir. Mənbənin cumhuriyyet.az-adediklərindən bəlli olur ki, faktiki olaraq, Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Aslanovların və onların son vaxtlar ARDNŞ-də sürətlə irəli çəkilən qohumu Bədəl Bədəlovun nəzarətindədir. Bu iki əmioğlunun – icra başçısı Natiq Aslanovla deputat Mahir Aslanovun sürətli yüksəlişində də Bədəl Bədəlovun xüsusi əməyinin olduğu bildirilir. İcra başçısı Natiq Aslanovla yeznə-qayın olan Bədəl Bədəlov hazırda ARDNŞ-in Sosial İnkişaf İdarəsinə rəhbərlik edir. Elə Aslanovlar da Bədəl Bədəlovla qohumçuluq əlaqələrindən istifadə edərək, Naftalan və Goranboy ərazisindəki biznes obyektlərini, xüsusən də Naftalandakı sanatoriyaları, ticarət mərkəzlərini və restoranlar şəbəkəsini bütövlükdə ARDNŞ rəhbərliyinin adına bağlayırlar…

Onu da qeyd edək ki, məlumatı bizə verən mənbənin sölərinə görə, icra başçısı ilə bağlı təfsilatlı hesabat-arayışla ARDNŞ rəhbərliyi də tanış edilib və nəticədə Naftalan İcra Başçısının məqsədli şəkildə, öz biznesini qorumaq üçün ARDNŞ prezidentinin adından istifadə etdiyi aşkarlanıb, bundan sonra isə hüquq-mühafizə orqanlarına Naftalandakı vəziyyətlə bağlı göstərişlər verilib. Gözlənilir ki, yaxın vaxtlarda Naftalanda kütləvi həbslər də aparılsın.

cumhuriyyet.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button