Aktual

Prezident Novella Cəfəroğlunu və daha iki QHT rəhbərini “Şöhrət” ordeni ilə təltif etdi

Azərbaycanda 3 QHT rəhbəri “Şöhrət” ordeni ilə təltif olunub.

“SAVAŞ”-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova və İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliynin sədri Səltənət Qocamanlı “Şöhrət” ordeni ilə təltif olunub.

Hüquq müdafiəçiləri Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təltif ediliblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Novella Cəfəroğlunun 80 yaşı tamam olub. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button