Aktual

“Azadlıq” qəzetinin müxbiri azadlıqda – Əfv olundu

“Azadlıq” qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı əfv olunub.

Savash.org  xəbər verir ki, o, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv edilib.

Beləliklə, 1978-ci il təvəllüdlü E.İsmayıllı cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, İsmayıllı Elçin Səməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 sentyabr tarixli hökmü ilə 9 il müddətinə məhkum edilib. O, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button