Aktual

Yerevanda Müdafiə Nazirliyi mühasirəyə alındı – Generallar hasardan tullanıb qaçdılar

Yerevanda dünəndən etibarən ikinci Qarabağ müharibəsində itkin düşən və hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan ərazisində yaxalanan  erməni hərbçilərinin yaxınları Müdafiə Nazirliyinin bütün giriş-çıxış qapılarını bağlayıb.

“SAVAŞ”-ın məlumatına görə, axşam saatlarında Müdafiə Nazirliyinin bəzi yüksək rütbəli nümayəndələri hasardan aşaraq qaçmağa nail olublar, lakin etirazçılar daha sonra bunun da qarşısını alıb.

Gecə saatlarında isə xəbər yayılıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyi ilə qaytarılır və tezliklə onları aparan təyyarə Yerevanın “Erebuni” aeroportunda yerə enəcək. Həmin erməni diversantlarının yaxınları aerportda gözləməyə başlayıb, təyyarə enib, amma məlum olub ki, içərisində təkcə Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov var. Təyyarənin Bakıdan boş getdiyi haqda xəbərlər yayılsa da “Flightradar” saytının məlumatlarına əsasən o, Yerevana Rostovdan uçub.

Təyyarənin boş gəldiyini görəndə toplaşanların bir qismi Müdafiə Nazirliyinin qarşısına yollanıb və oradakı etirazçılara qoşulublar. Bu gün səhər saatlarına olan məlumata görə Müdafiə Nazirliyinin binası hələ də mühasirədədir, polis etirazçılarla danışıqlar aparır. Etirazçılar deyirlər ki, onlar Müdafiə Nazirliyinin rəhbərliyinin verdiyi yalan vədlərdən beziblər və yaxınlarının taleyinə aydınlıq gətirilməsini istəyirlər. (Virtualaz.org)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button