Aktual

Şoyqu: “BMT-ni Qarabağa dəvət etdik, gəlmədilər”

“BMT Rusiyanın Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirak etmək təklifini qəbul etmədi”.

“SAVAŞ” bildirir ki, bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu cümə günü “Zvezda” telekanalında efirə getmiş filmdə deyib.

“Noyabr ayından-bütün bunlar baş verəndən biz deyirik: BMT-nin Minalardan Təmizləmə Mərkəzi – gəlin. Orada hər yer tamamilə minalanıb. İnsanlar ora qayıda bilməzlər. Kimsə gəldi? Hələ kimsə yoxdur”, – deyə Şoyqu bildirib.

O vurğulayıb ki, hələlik orada yalnız Rusiya istehkamçıları işləyirlər.

“Orada həm FHN, həm də Müdafiə Nazirliyi işləyir, yerli istehkamçılar işləyir. Başqa heç kim gəlməyib”, – deyə nazir vurğulayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button