Aktual

Vəzifəli şəxs koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib.

“SAVAŞ” xəbər verir ki, koronavirusa yoluxan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov dünyasını dəyişib.

Bu barədə agentliyin nümayəndələri sosial şəbəkədə paylaşım edərək onun bu gün vəfat etdiyini bildiriblər. 

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Q.Həsənov əvvəl “AtaSığorta” şirkətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb. O, 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə bu ilin yanvarında təyin edilmişdi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button