Aktual

\”Standard İnsurance\” Şirkəti sığortaladığı avtomobilə sahib çıxmadı – ŞİKAYƏT

"Standard İnsurance" Şirkəti sığortaladığı avtomobilə sahib çıxmadı - ŞİKAYƏTUcar rayonu Koroğıu küçəsi ev 45 sakini Abdullayev Rauf Əli oğlu tərəfindən Savash.org-un elektron ünvanına şikayət məktubu daxil olub. \”Standard İnsurance\” Sığorta şirkəti tərəfindən aldadıldığını iddia edən şikayətçinin sözlərinə görə, ,11 noyabr 2011-ci il taixində bibisi Abdullayeva Nailə Xəlil qızının adına “Skoda” avtomobil salonundan “Skoda Fabiya” markalı minik avtomobili alaraq istifadə edib:

“Avtomobilin öz qiyməti 18300 manat olsa da kreditə, nömrəyə, texniki baxışa və 5 illik kaska sığortaya görə avtomobilə 27300 manat qiymət təyin edildi. Avtomobil bibimin adına sənədləşdirilsə də maşını etibarnamə ilə özüm idarə edərək sərnişin daşımaqla çörəyimi qazanırdım. Həmçinin vaxtlı-vaxtında avtomobilin kredit borcunu da özüm ödəyirəm”.

Şikayətçi daha sonra yazır ki, 01.12.2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Şəki” restoranının yaxınlığında naməlum nömrəli avtomobil onun idarə etdiyi sözügedən “Skoda Fabiya” markalı maşını vuraraq hadisə yerindən uzaqlaşıb. Elə həngamə və \”Standard İnsurance\” Sığorta Şirkətinin süründürməçiliyi də bundan sonra başlayıb:

“Avtomobilimi qəza yerindən tərpətmədən “102” xidmətinə və \”Standard İnsurance\” Sığorta Şirkətinə zəng edərək baş vermiş qəzayla bağlı məlumat verdim.Onlar gəlib hadisə yerinə və avtomobilimə baxış keçirib faktı sənədləşdirdilər. Bundan sonra isə \”Standard İnsurance\” Sığorta Şirkətinin tələbinə uyğun olaraq Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsindən avtomobil qəzası ilə bağlı müvafiq sənədi alıb söğorta şirkətinə təqdim etdim. Üstündən 10 gün keçdikdən sonra isə sonra \”Standard İnsurance\” Sığorta Şirkəti mənə məktub göndərərk heç bir kompensasiya ödəyə bilməyəcəklərini bildirdilər”.

Sığorta şirkətinin şikayətçiyə göstərdiyi səbəb isə olduqca anlaşılmazdır. Belə ki, sığorta şirkətinin göndərdiyi məktubda qeyd olunub ki, qəza zamanı avtomobilin sahibi Abdullayeva Nailə Xəlil qızı avtomobildə olmadığı üçün müştəriyə dəymiş ziyan ödənilə bilməz”.

Vətəndaş isə bunu \”Standard İnsurance\” Sığorta Şirkətinin növbəti saxtakarlığı hesab edir: “Bu tam qanunsuzluq və saxtakarlıqdır. Biz avtomobili alanda və sığorta edən zaman mən orada olmuşam. Həmçinin onlar da biliblər ki, həmin avtomobili mən idarə edəcəyəm. Belə olan halda \”Standard İnsurance\” Sığorta Şirkəti bizi həmin vaxtı təlimatlandırmalı idi və mənim də adımı sığorta müqaviləsinə qeyd etməli idilər. Ancaq savadsızlığımızdan sui-istifadə edərək belə bir saxtakarlıq, qanunsuzluq törədiblər.”

Sonda şikayətçi bildirir ki, üzləşdiyi qanunsuzluqla bağlı müvafiq dövlət orqanlarına müraciət edəcək.
SAVASH.ORG

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button