Aktual

Nəşi tapılan şəhidlə bağlı – Rəsmi açıqlama

Hərbi Prokurorluq aprelin 29-da nəşi tapılan şəhidimiz haqda rəsmi məlumat yayıb. 

“SAVAŞ”a daxil olan məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun-leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Qeyd edək ki, sonuncu dəfə ailəsi ilə oktyabrın 3-də əlaqə saxlayan leytenant Əli Yusifovun 24 yaşı olub. Şəhidimiz Şərur rayonunun Oğuz kəndindəndir. Evin tək oğlu olan Əli nişanlı idi.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button