Aktual

Ayvazyan Lavrovla görüşdə nəyi “ən vacib məsələ” adlandırdı?

Ermənistan Xarici İşlər Naziri vəzifəsini müvəqqəti icra edən Ara Ayvazyan rusiyalı həmkarı Sergey Lavrovla Yerevanda baş tutan görüşdə Azərbaycan tərəfindən bütün erməni əsirlərinin qaytarılmasının təmin edilməsini əsas məsələ adlandırıb. 

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ölkəmizə səfəriniz Ermənistan-Rusiya dövlətlərarası dialoqun geniş spektri üzrə müzakirələrin davam etdirilməsi üçün yaxşı bir fürsətdir”,- deyə Ayvazyan öz çıxışında qeyd edib. 

Ayvazyan bildirib ki, ən vacib məsələ Azərbaycanın bütün hərbi əsirlərin və zorla həbs edilmiş şəxslərin geri qaytarılması öhdəliyini yerinə yetirməsini təmin etməkdir: “Bu məsələ ən qısa müddətdə həll olunmalıdır. Köçkünlərin evlərinə qayıtması və əhaliyə humanitar yardım göstərilməsi həllini gözləyən məsələlər sırasındadır”.

Selcan

Mənbə: News.am

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button