Aktual

Özünü Teslanın heykəlindən asaraq intihar etdi – Bakıda

Bakıda 27 yaşlı kişi parkda Nikola Teslanın heykəlindən özünü asaraq intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, mayın 17-də saat 11 radələrində paytaxtın Nərimanov rayon sakini, 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əsgər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, habelə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button