Aktual

Açıq havada maska taxmaq ləğv olunur – TƏBİB-dən AÇIQLAMA

“Açıq havada maskadan istifadənin ləğvilə bağlı qaydalar hazırlanır”.

“SAVAŞ”-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, yeni qaydaların tətbiqilə yaxın vaxtlarda açıq havada maska taxılması ləğv oluna bilər:

“Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.

Qeyd edək ki, karantin rejimi iyunun 1-də başa çatır.  Nazirlər Kabineti yanında Operativ Qərargahın həmin tarixədək brifinq keçirərək, müvafiq qərar verəcəyi gözlənilir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button