Aktual

DİN-dən açıq havada maska taxmaqla bağlı əhaliyə müraciət: “Bu gündən başlayaraq…”

Azərbaycanda yaxın zamanlarda açıq havada maskadan istifadənin ləğv olunacağı gözlənilir.
Bununla bağlı ötən gün TƏBİB-in Departament müdiri Yaqut Qarayeva danışıb.

O əlavə edib ki, bununla bağlı qaydalar hazırlanır və yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, açıq havada maska istifadəsinin ləğvi ilə bağlı rəsmi qərar olmasa da, bəzi vətəndaşlar bunu artıq qadağanın aradan götürülməsi kimi başa düşüb. Nəticədə bu gündən etibarən müxtəlif küçə və prospektlərdə vətəndaşların maskadan istifadə etməməsi halları müşahidə olunub.
“SAVAŞ” bildirir ki, baku.ws məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətindən bildirildi ki, bununla bağlı Nazirlər Kabinetinin rəsmi qərarı olmalıdır:
“Müvafiq qərar çıxana qədər açıq havada maska ilə bağlı qadağa qüvvədədir. Buna görə heç bir vətəndaş maskadan imtina hallarına yol verməməlidir. Açıq havada və qapalı məkanlarda maskadan istifadə olunmalıdır ki, bu da vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button