Aktual

“Məhəmməd Mirzəli cəzalandırılmalıdır” – Deputatdan açıqlama

Fransada yaşayan müxalifətçi bloqer Məhəmməd Mirzəlinin Ermənistan kanalına müsahibə verməsi və burada Azərbaycan hakimiyyəti, eləcə də ölkədəki durumla bağlı qərəzli açıqlamalarla çıxış etməsi haqlı etirazlara səbəb olub.

Mövzu ilə bağlı Savash.org-a açıqlama verən millət vəkili Cavanşir Paşazadə bu addımı konkret olaraq, satqınlıq adlandırıb:

“Bu gün xaricdə oturan bəzi şəxslər 44 günlük mühaibədəki qələbəmizi, ölkənin uğurlarını həzm edə bilmirlər. Görünür, bu şəxsi müxtəlif üsullarla əla almağı bacarıblar. Yoxsa, bir şəxs düşmən televiziyasında niyə öz ölkəsi haqda əsassız fikirlər səsləndirsin? Mən belələrini birmənalı olaraq azərbaycanlı hesab etmirəm.

Onların verdiyi informasiya heç bir halda doğru ola bilməz. Müharibə ərəfəsində və sonrakı dövrdə prezident İlham Əliyev peşəkar səviyyədə dünya mediasına müsahibələr verdi, hərbi müxbirlər lazımı informasiyalarla təmin edildi. Bax, jurnalisitika budur, hər şey göz önündə, dəqiq olaraq təqdim edilir”.

Arzu

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button