Aktual

İtən uşaqlardan ikisinin meyiti tapıldı – Hadisə yerindən FOTO

Cəlilabad rayonunda 3 nəfər su anbarında boğulub.

Məlumata görə, bədbəxt hadisə rayonun Gülməmmədli kəndində baş verib.

Rayonun İnili kənd sakinləri olan 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin qardaşlar – 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov İncəçay su anbarına düşüblər. Onlardan yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub və o, xəstəxanaya yerləşdirilib. Uşaqların meyiti sudan çıxarılıb.

İlkin məlumata görə, həmin şəxslər su anbarının yanında şəkil çəkdirərkən suya yıxılıblar.

***

Cəlilabad rayonunda üç azyaşlı suda boğulub.

APA xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində baş verib.

Hazırda uşaqların cəsədlərinin sudan çıxarılıb təhvil verilməsi və şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button