Aktual

Deputat Şəmkirin icra başçısını Polad Ələmdara bənzətdi: \”Poz verir…\”

Deputat Şəmkirin icra başçısını Polad Ələmdara bənzətdi: "Poz verir..." Millət vəkili Etibar Hüseynov Şəmkirin icra başçısı Alimpaşa Məmmədovu sərt tənqid edib.

Bir neçə gündür ki,Şəmkirdə Vüqar Həşimovun xatirısinə həsr olunmuş sahmat turniri keçirilir.

Savash.org xəbər verir ki, deputat icra başçısını özündən razılıqda və yarış iştirakçılarına hörmətsizlikdə ittiham edib.

Deputat icra başçısının fotolarını paylaşıb və yazıb: \”Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir. Matçın ortasında Polad Elemdar ədasıyla teşrif buyurub səhnəyə qalxmaq, oyunçuların diqqətini yayındırıb, özünlə gətirdiyin fotoqrafa poz vermək üçün isə Şəmkirin İcra başçısı Alimpaşa Məmmədov olmaq lazımdır\”.

Qeyd edək ki, Alimpaşa Məmmədov daha çox şou-biznesə yaxınlığı ilə tanınır. Mətbuatın yazdığına görə, o bir neçə həftə bundan öncə icra başçısı özü üçün \”Bu şəhərdə\”nin Şəmkirdə konsertini təşkil etmişdi.

Bununla yanaşı bir müddət əvvəl icra başçısının Müdafiə Naziri tərəfindən doyülməsi də gündəmə gəlmişdi.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button