Aktual

Azərbaycanlı avtoritet Rusiyada ittiham olunur: Qətl, silah alveri və…

Moskvada Rəşad Gəncinski (İsmayılov) adlı avtoritetə qətl və qanunsuz silah alveri ittihamı irəli sürülüb.

Savash.org xəbər verir ki, o, artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin yeni maddələrindən biri – cinayət iyerarxiyasında ən yüksək vəzifəni tutmaqla ittiham olunur. Yalnız buna görə Rəşad Gəncinskini 15 ilə qədər həbs cəzası gözləyir.

İsmayılovun 2009-cu ildə başqa bir ağır cinayətin törədilməsində iştirakı müəyyənləşdi. Bundan əlavə, o, “Bir qrup şəxs tərəfindən törədilmiş iki və ya daha çox şəxsin öldürülməsi” və “Qanunsuz silah ticarəti” maddələri ilə ittiham olunur.

İstintaq orqanlarının məlumatına görə, 13 may 2009-cu ildə Rəşad İsmayılov Moskvadakı kafelərdən biri yaxınlığında 2 nəfəri maşınla vurub. Hər iki şəxs yerindəcə ölüb.

İstintaq hesab edir ki, motiv intiqamdır, “çünki İsmayılov qurbanların yaxın dostunun qətlində iştirak etdiyinə inanırdı”.

Cinayətkar iyerarxiyada ən yüksək statusa sahib olma epizodu 2013-cü ilə aiddir.

İndi Rəşad İsmayılovun digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır. Keçən ilin avqust ayından bəri “avtoritet” həbsdədir.

210.1-ci maddə – “Cinayət iyerarxiyasında ən yüksək vəzifəni tutma” mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində 2019-cu ilin aprelində Rusiyanın Cinayət Məcəlləsinə daxil edilib. 2020-ci ilin dekabr ayına qədər Rusiyada bu maddəyə əsasən 70-dən çox iş açılıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button