Aktual

Hacı Madər Biləcəri bazarını söküb supermarket tikdirir?

Hacı Madər Biləcəri bazarını söküb supermarket tikdirir?Hacı Madərin Biləcəridəki köhnə kolxoz bazarının əsas şərikinə çevrildiyi və bu ərazidə yeni supermarket inşa edəcəyi iddia olunur.

Deputat Hacı Madər Musayev haqqında yeni ilginc məlumatlar yayımlanıb. Deputatın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 78 ünvanda yerləşən köhnə kolxoz bazarına şərik olub.

Bu məlumatı yayan qafqaznews.az saytı bildirir ki, deputat köhnə bazarın yerində “Favorit-Market” supermarketlər şəbəkəsinin yeni filialını inşa edəcək.

Maraqlıdır ki, nəşr köhnə Biləcəri kolxoz bazarının şəriklərindən biri diplomat olduğunu qeyd edir. Belə ki, yayılan məlumatda bildirilir ki, bazar Zaur Əliyev və Anar Hüseynzadəyə məxsusdur. Anar Hüseynzadənin isə Xarici İşlər Nazirliyində çalışdığı qeyd olunur.

Screenshot_2014-09-18-15-09-16_resized-439×439

Diplomatın qanuna zidd olaraq bizneslə məşğul olmasına diqqət çəkən sayt Zaur Əliyev və Anar Hüseynzadənin məktəb illərindən yaxın dost olduqlarını bildirir. Rəsmi olaraq isə bazar Zaur Əliyevin adınadır. Ancaq sayt Azərbaycan reallığında sənədin kimin adına olmasının əsas olmadığını vurğulayır. Son günlər isə dağılıb sökülən bazara yeni müştəri ortaya çıxıb. Məlumata görə, millət vəkili Hacı Madər Musayev bu yaxınılarda Biləcəri bazarına ortaq olub. Və daxil olan məlumatdan aydın olur ki, köhnə kolxox bazarı “Favorit-Market” supermarketlər şəbəkəsinin filialına çevriləcək.

Mətbuatda gedən yazılarda isə, “Favorit-Market” supermarketlər şəbəkəsinin Hacı Madər Musayevə məxsus olması dönə-dönə qeyd olunur. Həmçinin onu da qeyd edək ki, mətbuatda dəfələrlə Biləcəri bələdiyysinin sədri İlham Xəlilovla bir sıra ortaq bizneslərinin olduğu göstərilib. Xatırladaq ki, Azərbaycan qanunvericilinə görə deputatların bizneslə məşğul olması yasaqdır.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button