Aktual

Türkiyə meşələrini yandıranları kim maliyyələşdirir? – Şok faktlar

“Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları təşəbbüsü” qrupu üzərinə götürüb. Bu təşkilat PKK nəzdində yaransa da, daima erməniləri müdafiə edib. 2019, 2020-ci illərdə erməniləri müdafiə edən bu terror təşkilatının maliyyəçiləri içərisində Amerikada, Fransada erməni fondları var”.

Savash.org xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib. O bildirib ki, terror təşkilatının yaranmasının təşəbbüskarı ASALA terror təşkilatıdır:

“Atəş uşaqları”na təlimlər ASALA kamplarında keçirilib. Bunu ASALA haqqında olan sənədlərdə görmək olar. PKK-nın bu qanadının üzvləri 2016, 2017-ci illərdə o zaman işğal altında olan Qarabağda təlimlərdə iştirak ediblər. Təşkilatın maliyyə məsələri üzrə şəxs də məhz ermənidir.
Türkiyənin Hatay şəhərində bir müddət öncə 400 hektarlıq ərazini yandıran atəş uşaqları terror təşkilatı rəsmi bəyanatında da Hatayı ermənilərə dəstək üçün yandırdıqlarını demişdilər”.

Z.Əliyevin sözlərinə görə, Türkiyədə iş adamı olan ermənilər bu terror təşkilatına mütamadi maliyyə yardımı edirlər:

“İkinci Qarabağ müharibəsi zamanı öz saytlarında ermənilərə dəstək verən bu terror təşkilatı kürdləri erməniləri müdafiə etməyə səsləyib.
İndi görün Türkiyəyə qarşı müharibə edən PKK -nın arxasında kimlər durur”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button