Aktual

Türkiyədən Azərbaycanın əvəzini çıxırlar? – Yanğınları ONLAR sifariş verib

Türkiyənin Azərbaycana verdiyi dəstəkdən hiddətlənən, Suriya, Livan və Əfqanıstanda apardığı rolu qısqanan, böyük güclərin maşası olan terroristlər, Türkiyədə bu yanğınları havanın temperaturunun çoxalması, nəm səviyyəsinin azalması ilə əlaqədar vəziyyəti özünə fürsət bilərək törətdilər”.

Bu açıqlamanı Metbuat.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz bildirib. General vurğuladı ki, yanğınların törədilməsində məhsuliyyəti öz üzərinə götürən PKK-a terror təşkilatının daha öncədən də, bu kimi fəaliyyətləri olmuşdur.

“Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları təşəbbüsü” qrupu üzərinə götürüb. Bu təşkilat PKK nəzdində yaransa da, daima erməniləri müdafiə edib. Türkiyədə tüğyan edən yanğınların necə baş verməsi araşdırılan zaman ekoloji səbəblər, insanların təbiətdə istirahət zamanı ehtiyyatsızlıq etməsi, həmçinin terror fəaliyyətləri də nəzərə alınmışdı.Terror qruplaşmasının meşələrdə bu yanğını törətməsində məqsədi Türkiyə turizminə ziyan vurmaq, iqtisadiyyatı baltamaq, xüsusəndə insanları qorxu altında saxlamaqdır. Bu şəxslərin çoxu etnik olaraq dəyişdirilərək PKK-a terror qruplaşmasında xidmət edən erməni əsilli terorçulardır”.

Yücel Karauz deyir ki, tarixinin ən böyük fəlakəti ilə mübarizədə, başda Azərbaycan olmaqla, dünyanın bir çox ölkələri Türkiyəyə dəstək oldular. Xüsusən Azərbaycan xalqı sosial şəbəkələrdə Türkiyəyə dəstək mesajları verərək, yanğından sonra yeni salınacaq meşələrə fidan həddiyyə etməklə də, böyük bir ürəyə sahib olduqlarını ifadə etdilər.

“Türkiyənin yaşadığı bu ağır imtahandan Azərbaycan da dərs götürməlidir. Çünki yanğınla mübarizə böyük bir güc tələb edir. Baş verə biləcək bu kimi hadisələrə daima hazırlıqlı olmaq lazımdır”.

Qeyd edək ki, Türkiyədə 125 yanğın ocağından 117-si tamamilə söndürülüb və nəzarət altına alınıb. Bu barədə Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli açıqlama verib. O bildirib ki, hazırda 3 bölgədə 8 ocaqda yanğın davam edir. Nazir bölgədə quru və isti havanın daha 1 həftə davam edəcəyini bildirərək, diqqətin bu bölgələrə yönəldiyini deyib.

Yanğının davam etdiyi bölgələr Muğla, Köycəyiz və Kavaklıdərədir. Yanğınsöndürmə işlərinə 16 təyyarə, 9 İHA, 45 helikopter və digər texnikalar cəlb edilib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button