Aktual

Vətən müharibəsi iştirakçısını polis döyüb? – DİN-dən AÇIQLAMA

Vətən Müharibəsi iştirakçısı Kənan Aşurov Ağstafa rayon Polis Şöbəsinə gətirilərək orada döyüldüyünü iddia edir. K. Aşurov yaydığı videoda bildirib ki, sözügedən idarədə rəhbərliyin gözü qarşısında, 5 nəfər polis əməkdaşı tərəfindən döyülüb.

Onun sözlərinə görə, rəhbərlik “Bizim nəyimizə lazımdır ki, sən qazisən?!” deyərək ünvanına nalayiq ifadələr işlədib. İddiasına əsasən, bölməyə təcili yardım maşını da çağırılıb.

Savash.org xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Vətən Müharibəsi iştirakçısının şöbəyə gətirilərək orada döyülməsi və təhqir olunması ilə bağlı məlumat həqiqətə uyğun deyil:

“İyul ayının 31-də Ağstafa rayon Yenigün kənd sakini Tural Vəliyevin döyülərək müxtəlif bədən xəsarətləri almasında şübhəli bilinən həmin kənd sakini Kənan Aşurov Ağstafa rayon Polis Şöbəsinə dəvət edilib lakin, sonuncu polis əməkdaşlarının qanununi tələblərinə riayət etməyərək cəmiyyət içərisində qeyri-adekvat hərəkətlər nümayiş etdirib. Daha sonra K. Aşurov RPŞ-də öz xuliqanlıq hərəkətlərini davam etdirərək şöbə əməkdaşlarına nalayiq ifadələr işlədərək Vətən Vətən Müharibəsi iştirakçı olduğuna görə etdiyi qanunsuzluqlara göz yumulmalı olduğunu, polisə gətirilməməli olduğunu bildirib və inzibati binadaxidmət göstərən polis əməkdaşlarının xidmətinə mane yaradıb.

Daha sonra K. Aşurovun anası İlhamə Aşurova da polis şöbəsinə gələrək övladının qeyri-adekvat hərəkətlərini dəstəkləyib və polis əməkdaşlarına nalayiq ifadələr işlədib. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) maddəsi ilə protok tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs həmin maddə ilə təqsirli bilinərə, K. Aşurov xəbərdarlıq, İlhamə Aşurova isə 50 manat miqdarında cərimə edilib”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button