Aktual
Ziya Məmmədovun daha bir kadrı İŞDƏN ÇIXARILDI – NAZİRDƏN ƏMR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyevi tutduğu vəzifədən azad edib.
Savash.org qaynarinfo-ya istinadən xəbər verir ki, R.Nəbiyevin müvafiq əmri ilə İ.Əliyevin yerinə Anar Rzayev təyin olunub.
Qeyd edək ki, İbrahim Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun 21 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə rəis müavini təyin olunmuşdu.